“Zirvə”nin üç atleti beynəlxalq turnirə yola düşür

10-18 mart tarixlərində Türkiyənin Antalya şəhərində ağır atletika üzrə kişi və qadınlar arasında İslam Həmrəyliyi İdman Federasiyalarının III çempionatı keçiriləcək. Yarışda ölkəmizi 6 idmançı təmsil edəcək.

Kişi yığmamızın heyətində 5 ağırlıqqaldıran yer alıb ki, onlardan ikisi Məhəmməd Məmmədli (62 kq) və Elşad Şərifov (77 kq) “Zirvə” İdman Klubunun yetirmələridir. Digər üç atlet isə Allahyar Abışov (56 kq), Rauf Nəbiyev (69 kq) və Həmid Qocayevdir (85 kq).
Qadınların yarışında isə cəmi bir atlet Azərbaycan bayrağını fəxri kürsüdə dalğalandırmaq üçün mübarizə aparacaq. Bu, “Zirvə” İdman Klubunun nümayəndəsi Elnarə Abbasovadır (58 kq).

Milli komandamızın bütün üzvlərinə uğurlar arzulayırıq.

SHARE