“Zirvə”nin taekvandoçusu bürünc medal qazandı

Qubada taekvando üzrə “Ümid” beynəlxalq turniri keçirilib. Yarışda 8 ay bundan öncə fəaliyyətə başlayan “Zirvə” Taekvando klubunun idmançıları da iştirak edib. Sevindirici haldır ki, klubun üzvü – Fazil Cəfərov beynəlxalq turnirdə bürünc medal qazana bilib.

“Zirvə” taekvando komandasının baş məşqçisi Nəriman Rzazadə AAAF TV-yə müsahibəsində qarşıdakı yarışlar barədə danışdı, həmçinin kluba xeyli idmançının cəlb olunduğunu da bildirdi.

SHARE