Sumqayıtda karate üzrə açıq birincilik keçirilib. Yarışda “Zirvə” İdman klubunun karateçiləri də güclərini sınayıb və nəticədə 7 medal qazanıblar. Bunlardan 1-nin əyarı qızıl, 2-i gümüş, 4-ü isə bürünc olub.
Məşqçi Rüstəm Əkbərov AAAF Tv-yə müsahibəsində idmançılarının açıq birincilikdə inamlı çıxış etdiyini və nəticədən razı qaldığını bildirdi.