“Zirvə”nin iki şahmatçısı medal qazandı

Abşeron rayonunda 2 fevral Gənclər Gününə həsr olunan şahmat üzrə təsnifat yarışları keçirilib. Bu yarışda “Zirvə”nin iki yeniyetmə şahmatçısı da iştirak edib. Sevindirici haldır ki, hər iki şahmatçımız uğur qazana biliblər. Məhəmməd Əbilov 9 mümkün xaldan 9 xal toplayaraq ilk pillənin sahibi olub, Azər Səlimli isə 5.5 xalla III yeri tutub.

Qeyd edək ki, yeniyetmə “beyin usta”larımızı qarşıda daha bir neçə yarış gözləyir.

SHARE