“Zirvə”nin I açıq mərhələ yarışları Xırdalanda iki gün davam etdi

İyulun 30-31-də AAAF Park Yaşayış Kompleksinin əsas yarış zalında “Zirvə” Beynəlxalq İdman Klubunun 2016-cı il üçün I Açıq mərhələ yarışları keçirildi. İlk yarış günündə Xırdalan, Masazır və yığma komandanın, 31 iyul da isə Ismayıllı, Şamaxı, Qobustan və Sumqayıt idmançıları mübarizəyə qoşuldular.

Bu yarışlar “Zirvə İnternational Sport Clubs”ın final yarışlarına güclü idmançıların seçilməsi, Azərbaycan çempionatları və birinciliklərinə yığma heyətin komplektləşdırılməsı, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yaş qrupları üzrə milli yığma komanda heyətlərinin komplektləşdirilməsinə dəstək göstərilməsi məqsədi güdür.

Növbəti yarış 2-4 avqust 2016-cı il tarixlərində Lənkəran şəhəri “Lənkəran-Zirvə” İdman klubunun yarış zalında keçiriləcək. Avqustun 2-də Neftçala, 3-4 avqustunda Lənkəran və Lerik idmancıları körpücük üzərinə çıxacaqlar. Son olaraq isə 6 avqust tarixində Samux şəhəri “Samux-Zirvə” İdman klubunun yarış zalında Samux, Qazax, Gəncə, Goranboy, Şəki idmancıları qüvvələrini sınayacaqlar.

İlk iki yarış gününün nəticələrini və şəkilləri sizə təqdim edirik:

Nəticə

SHARE