“Zirvə”nin Dünya çempionatında ikinci yarış günü start götürdü!

“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində Klublarası ilk dünya çempionatında ikinci, eyni zamanda son yarış günü start götürdü. Bu gün – dekabrın 25-də Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən “Altınpark-Akarsu” İdman Kompleksində körpücük üzərinə 3 yaş qrupunda kişilər çıxacaq:

Kişilər

  • U-20 (yaşı 20-yə qədər olan idmançılar)
  • U+20 (yaşı 20-dən çox olan idmançılar)
  • Veteranlar (yaşı 35-dən çox olan idmançılar)

Çempionatın gedişi – nəticələr, xəbərlər, fotoreportaj – operativ sizə çatdırılacaqdır. Eyni zamanda yarışı canlı olaraq BURADAN izləyə biləcəksiniz.

SHARE