“Zirvə”nin ağır atletləri üçün mühazirə keçirilib

“Zirvə” Beynəlxalq İdman Klubunun ağır atletləri üçün “Yarışlara hazırlaşan idmançılara psixoloji keyfiyyətlərin və xüsusiyyətlərin öyrədilməsi” mövzusunda Azad Nurməmmədovun təqdimatında mühazirə keçirilib. “Zirvə” liseyində 7, 8, 9, 10 və 11-ci sinifində təhsil alan ağır atletlər üçün mühazirəni təşkil etməkdə məqsəd onlara mübarizlik və əzmkarlıq psixologiyasını aşılamaq, onların psixoloji, pedaqoji və taktiki hazırlığını təmin etməkdir. Bir saat müddətində davam edən mühazirə akt zalında keçirilib. Qeyd edək ki, bu, “Zirvə”nin atletləri üçün keçirilən ikinci mühazirədir. Azad bəy növbəti həftə mühazirənin “Vətənpərvərlik, vətənə məhəbbət mövzusuna həsr olunacağını bildirib.

SHARE