“Zirvə”nin 2-ci Dünya Çempionatı 11 ölkəni ağır atletika bayramına topladı!

Dekabrın 28-də Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə” Beynəlxalq İdman Klubunun filialları arasında 2-ci Dünya Çempionatı keçirildi. Azərbaycanla birlikdə 11 ölkədən – Türkiyə, Moldova, Polşa, Ukrayna, Gürcüstan, Rusiya, Bolqarıstan, Belarus, İsrail, İran – gələn atletlər yüksəks səviyyədə təşkil olunan, bayram havasında keçən bir turnir izlədik.

Çempionatın keçirilməsində məqsəd klublarımız arasında beynəlxalq idman əlaqələrinin möhkəmləndirilməsi, ağır atletika idman növünün inkişaf etdirilməsi, güclü klubların və idmançıların müəyyən olunması idi. Dünya çempionatında Yarışlar aşağıda qeyd olunan yaş qrupları üzrə keçirildi:

1. Kişilər

  • a) U-20 (yaşı 20-yə qədər olanlar)
  • b) 20+ (yaşı 20-dən yuxarı olanlar)

2. Qadınlar

  • a) U-17 (yaşı 17-yə qədər olanlar)
  • b) 17+ (yaşı 17-dən yuxarı olanlar)

Yarış şəxsi və komanda xarakteri daşıyırdı. Qeyd olunan yaş qrupları üzrə I-II-III yerləri tutan idmançılar “Zirve İnternational Sport Clubs”-ın diplom, medal və mükafatları ilə təltif olundular. Komanda yarışlarında I-VI yerləri tutan klublar, həmçinin ilin yekunlarına görə ən yaxşılar təltif olundular.

Yarışlara ilk olaraq yaşı 17-yə qədər olan qızların çıxışları ilə start verildi.

Qızıl medal uğrunda maraqlı mübarizə getdi. Ukraynalı, bolqar və azərbaycanlı qızların yarışında həmyerlimiz Səbinə Əzimova qalib çıxdı. “Lənkəran-Zirvə” atleti toplamda 151 kq (68+83) nəticə ilə Sinkleyr cədvəlində 240.2 xal qazandı və bütün rəqiblərini üstələyərək qalib adına sahib çıxdı. O, artıq klubumuzun ikiqat çempionudur.
Gümüş medal yarışlarımızın debütantı Yelizaveta Baranovaya qismət oldu. “Jidaçiv-Zirvə” atleti 202 kq (92+110) nəticə ilə 229.0 xalla ikinci yerə çıxdı. Bürünc medal isə yarışlarımızın son qalibi Qalya Şatovanın adına yazıldı. O, 156 kq (76+80) nəticə ilə aktivinə 227.0 sinkleyr xalı yazaraq fəxri kürsünün son pilləsinə qalxdı.
Daha sonra yaşı 17-dən çox olan qadınlar medal mübarizəsinə qoşulublar.

Təcrübəli atletlərin yarışı izləmək xoş oldu. Son yanaşmaya qədər gedən qızıl medal “döyüşü”ndə qalib adını Natalya Prişepa qazandı. “Kişinyov-Zirvə” atleti 232 kq (107+125) nəticə göstərərək 278.4 Sinkleyr xalı topladı və fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Gümüş medal “Abşeron-Zirvə” atleti, gənclər arasında Avropa çempionu Anastasiya İbrahimliyə qismət oldu. O, 220 kq (95+125) nəticə göstərdi və 272.8 Sinkleyr xalı ilə ikinci yerə sahib çıxdı. Bürünc medalı “Jidaçiv-Zirvə” atleti Anastasiya Qotfird əldə etdi. Goranboylu atleti Məhərrəməova Mərziyyəni yalnız 0.8 xal qabaqlayıb ukraynalı idmançı, 222 kq (105+117) nəticə və 244.9 xalla üçüncü pillədə qərarlaşdı.
Sonra yarışda estafeti kişilər alıblar. Onlar ilk olaraq yaşı 20-yə qədər olan atletlərin qalibi adını müəyyənləşdiriblər. Bu il gənclər arasında dünya çempionatının gümüş medalçısı olmuş Volodimir Hoza favorit adını təsdiqləyib. “Jidaçiv-Zirvə” atleti birdən nə birdən, nə də təkanla qaldırmada rəqib tanımayıb. Ukraynalı idmançı toplam 375 kq (170+205) nəticə ilə 421 Sinkleyr xalı qazanıb və qızıl medala sahib çıxıb. Gümüş medalı “Kişinyov-Zirvə”nin nümayəndəsi Krihan Daniel boynundan asıb. Moldovalı atlet toplam 302 kq (135+167) nəticə və 383.1 Sinkleyr xalı ilə ikinci yerə sahib çıxdı. Bürünc medala “Tbilisi-Zirvə” atleti Georgi Çxeidze sahib çıxdı. Gürcü idmançı toplam 348 kq (155+193) nəticə göstərdi və 375.4 Sinkleyr xalı ilə fəxri kürsüdə yer aldı.

Yarışda son olaraq böyüklər – yaşı 20-dən yuxarı olan atletlər çıxış ediblər. Turnirin ən böyük çəkilər baş üzərinə məhz bu qrupda qalxıb. Əsl titanların döyüşü izlənib. Həqiqi ağır mübarizə turnirin ən güclüsünü ortaya çıxardı. Ukrayna, Moldova və Azərbaycan “Zirvəçilər”inin rəqabəti alqışalayiq oldu. Onlardan “Kişinyov-Zirvə” atleti Əhməd Qoloqan Marin toplamda 355 kq (160+195) nəticə və 416.1 xalla hamını üstələyərək fəxri kürsünün layiq olduğun ən yüksək pilləsinə qalxdı. Gümüş medalı azərbaycanlı atlet Rövşən Fətullayev əldə etdi. Maraqlıdır ki, o da toplamda 355 kq (155+200) nəticə göstərdi. Ancaq şəxsi çəkisi moldovalıdan çox olduğundan ikinci yeri tuta bildi. Fətullayev 404.6 Sinkleyr xalı topladı. Bürünc medalı isə boynundan ukraynalı atletimiz asdı. “Jidaçiv-Zirvə” nümayəndəsi Vitali Oleviç toplam 332 kq (155+177) nəticə göstərdi və 390.4 xalla 3-cü yeri tutdu.
Qalib və mükafatçıları təbrik edir, 2016-cı ilin hamımız üçün uğurlu olmasını arzulayırıq!

 

N Adı Klub Çəkisi Birdən Təkanla Toplam Sinkleyr
1. Əzimova Səbinə Lənkəran 49.70 68 83 151 240.2
2. Baranova Yelizaveta Jidaçiv 83.90 92 110 202 229.0
3. Şatova Qalya Smolyan 55.50 76 80 156 227.0
4. Atakan Zeynəb Ankara 69.50 72 97 169 211.2
5. Hüseynzadə Fidan Lənkəran 62.60 63 78 141 188.2
6. Rzazadə Lalə Lənkəran 51.50 52 69 121 186.8
7. Məmmədova Sona Qazax 63.60 65 75 140 184.9
8. Məhərrəmova Sevər Lənkəran 54.00 57 67 124 184.3
9. Xomyuk Anna Terespol 63.40 60 74 134 177.3
10. Fərəcova Şəfa Lənkəran 44.40 35 45 80 140.8
N Adı Klub Çəkisi Birdən Təkanla Toplam Sinkleyr
1. Prişepa Natalya Kişinyov 74.70 107 125 232 278.4
2. İbrahimli Anastasiya Abşeron 70.40 95 125 220 272.8
3. Qotfrid Anastasiya Jidaçiv 89.60 105 117 222 244.9
4. Məhərrəmova Mərziyyə Goranboy 48.40 66 84 150 244.1
5. Əlizadə Gülçin Qazax 51.80 67 85 152 233.6
6. Lortkipanizde Tatya Tbilisi 62.30 76 95 171 229.0
7. İbrahimova Firuzə Sumqayıt 60.90 70 90 160 217.6
8. Ohman Marina Beer-Şeva 65.10 80 87 167 217.2
9. Abbasova Elnarə Qazax 58.30 70 80 150 210.4
10. Əhmədova Ləman Abşeron 56.50 60 80 140 201.0
11. Sarıtoprak Emine Ankara 69.30 67 87 154 192.8
12. Məmmədova Xumar Goranboy 87.30 65 81 146 162.8
N Adı Klub Çəkisi Birdən Təkanla Toplam Sinkleyr
1. Hoza Volodimir Jidaçiv 97.70 170 205 375 421.0
2. Krihan Daniel Kişinyov 76.00 135 167 302 383.1
3. Çxeidze Georgi Tiflis 109.10 155 193 348 375.4
4. Skulimovski Mateuş Terespol 84.10 140 160 300 360.4
5. Rüstəmov İsa Goranboy 59.70 110 130 240 356.7
6. Əliquliyev Kənan Lənkəran 73.10 115 140 255 330.9
7. Rəhimov Renat Minsk 69.00 115 130 245 329.5
8. Azizi Amir Ərdəbil 86.10 120 143 263 312.3
9. Mironov Konstantin Kazan 71.40 94 114 208 273.8
10. Usubov Fərid Neftçala 63.80
11. Tağızadə Ceyhun Lənkəran 81.60 140
N Adı Klub Çəkisi Birdən Təkanla Toplam Sinkleyr
1. Əhməd Qoloqan Marin Kişinyov 88.50 160 195 355 416.1
2. Fətullayev Rövşən Lənkəran 94.20 155 200 355 404.6
3. Oleviç Vitaliy Jidaçiv 87.90 155 177 332 390.4
4. Nanadze Nika Tbilisi 108.5 157 192 349 377.2
5. Zeynalov Orxan Neftçala 75.60 125 160 285 362.7
6. Hüseynov Elnur Abşeron 89.20 135 170 305 356.2
7. Rufullayev Nizam Lənkəran 82.10 125 146 271 329.6
8. Səfərov Vasif Abşeron 101.6 130 145 275 304.1
SHARE