“Zirvə”dən tarixi uğur: komandamız final mərhələsində!

AFFA-nın bayrağı altında keçirilən futbol üzrə aşağı yaş qrupları arasında birinciliklərdə iştirak edən komandalarımızın uğurlu çıxışı davam edir. Artıq bir kollektivimiz finaı mərhələsinə vəsiqə qazanıb.

Yaşı 10-a qədər olan futbolçulardan ibarət komandamız Cənub regionu üzrə Lənkəran və Cəlilabad şəhərlərində keçirilən pley-off yarışlarında çıxış edib. “Lənkəran-Zirvə”çilərin rəqibi “Neftçala UGİM” klubu olub. Futbolçularımız 3:0 hesabı ilə inamlı qələbə qazanaraq böyük uğura imza atıblar. Komandamız Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Bu tarixi nəticə münasibətilə futbolçularımızı, məşqçilərimizi, əməyi keçən hər kəsi təbrik edir, onlara uğurlarının davamlı olmasını arzulayırıq!
Əhsən, uşaqlar!

SHARE