“Zirvəçilər” üçün bayram süfrəsi açıldı – VİDEO

Novruz Azərbaycanın milli-mənəvi dəyərlərini özündə əks etdirən, insanlar böyük sevinc gətirən, xoş təəssüratlar bəxş edən bir bayramdır. İlaxır çərşənbə də bu bayramın tacı sayılır. Məhz bu gündə ölkənin hər yerində, hər küçədə, hər məhəllədə tonqallar qalanır, hər evdə ənənəvi süfrə açılır. Bayram öz bayram ruhunu belə hiss etdirir bizlərə.

Martın 15-də “Zirvə Liseyi”ndə təhsl alan gənc və yeniyetmə idmançılarımız üçün bayram süfrəsi açıldı. Fitness Mərkəzinin yeməkxanasında masalar ləziz təamlar, bayram atributları ilə bəzəndi. Şəkərbura, paxlava, səməni, müxtəlif şirniyyatlar və yeməklərdən dadan atletlər, musiqi sədaları altında əyləndilər.

“Zirvə” Beynəlxalq İdman Klubunun rəhbər şəxsləri, məşqçilər və digər mütəxəssislər də bu bayrama qoşularaq ürək sözlərini dedilər, idmançıların bayramını təbrik edib, onlara gələcəkdə böyük uğurlar qazanmalarını arzuladılar.

SHARE