“Zirvə”çilər 2013-cü ildə 32 beynəlxalq medal qazandılar və zirvədə qaldılar!

zirve medal azeri

İdmançılarımız beynəlxalq yarışlarda 32 medal qazanıb!

Son illərdə təxminən 90 illik tarixi olan Azərbaycan ağır atletikasının yeni bir lider parlamaqdadır. İndiyə qədər bu idman növündə bir çox ağırlıqqaldıranlarımız olsa da, son illərdəki kütləvilik heç vaxt olmayıb. Bunun nəticəsidir ki, azərbaycanlı atletlər beynəlxalq yarışlardan fasiləsiz medal gətirirlər. Qazanılan uğurların əsas memarı isə heç şübhəsiz, “Zirvə” İdman Klubudur.

Məhz bizim klubun fəaliyyətini genişləndirdiyi dövrdən etibarən yeniyetmə və gənclərimiz beynəlxalq arenalarda daha tez-tez parlayır, Azərbaycan bayrağı daha çox yüksəlir, himnimiz getdikcə daha çox səslənir, bizə qürur verir. Hər il yeni Avropa və dünya çempionatlarının mükafatçıları tapıb ortaya çıxaran klubumuz, hazırda Azərbaycan ağır atletikasının şəksiz lideridir.

2013-cü ildə qazandığımız medallar da bunu sübut edir.

Bu il ərzində idmançılarımız beynəlxalq yarışlardan 32 medalla geri dönüblər. 13 qızıl, 7 gümüş və 12 bürünc medal qazanan ağır atletlərimiz, bu qələbələrlə yanaşı 7 də rekordu təzələyərək, adlarını tarixə yazdıra biliblər.

Yarışlardakı uğurlarımızdan Firudin Quliyevin Universiada və 2-ci Bakı Beynəlxalq Qran-Pri qızılı, gənclər və böyüklər arasında dünya çempionatındakı bürünc medalları, Polşadakı yarışda təkanla qaldırmada gənclər arasında dünya və Avropa rekordunu yeniləməsini xüsusilə qeyd etmək olar. “Zirvə” İdman Klubunun yetirməsi olan goranboylu atletimiz, hazırda öz çəkisində dünyanın ən yaxşıları sırasındadır.

Onun izləyən atletlərimiz də Firudindən geri qalmırlar. Bu il İmanzadə Rüstəmin yarı 15-ə qədər olan yeniyetmələr arasında, 44qƏliquluzadə Elxanın gənclər arasında qazandıqları Avropa çempionluqları dəyərli və yüksək qiymətə layiqdir. Lənkəran ağır atletika məktəbimizin yetirmələri olan bu gənclər qələbələrinin sayını artırmaqda israrlıdırlar və buna yetərincə potensialları var. İsmayıllı atleti Məhəmməd Məmmədlinin yeniyetmələr arasında Avropa çempionu olması, Əliquliyev Kənanın həmin turnirdə qazandığı gümüş medallar da bu atletlərin böyük gələcəyindən xəbər verir.

Kişilərimizlə yanaşı, bu il, qızlarımızı da beynəlxalq arenada özlərini hərtərəfli göstərə biliblər. Yeniyetmə qızlar arasında Avropa çempionatında ilk dəfə çıxış edən və bürünc medallar qazanan Məhərrəmova Mərziyyə (Goranboy) və Əlizadə Gülçin (Qazax), qadın ELL_9172 ağır atletika məktəbimizdə yeni bir eranın başlanğıcını qoydular. Qızlarımızın bu uğuru digər rayonlardan olan zərif cinsin nümayəndələrinə də idmanla məşğul olmaq, yarışlara qatılmaq həvəsi oyadacaqdır.

ELL_9696Klubumuzun veteran atletləri də bu idmana olan sevgilərini nümayiş etdirməkdən yorulmurlar. Quşadasındakı Avropa çempionatında Əliyev Emilin qazandığı qızıl, Əliquliyev Teymurun bürünc medalları ilə yanaşı, İtaliyanın Turin şəhərində keçirilən 8-ci Ümumdünya Veteran Oyunlarında Aftandil Hümbətlinin əldə etdiyi bürünc medal qeyd edilməli, daha aşağı yaşlı nəsillərə nümunə göstərilməlidir. Veteranlarımız göstərirlər ki, peşəkar karyera bitəndən sonra da ağır atletika bitmir və istənilən yaşda mübarizə aparıb, uğur qazanmaq olar. Yetər ki, bu idman növünü sevəsən.

Beləliklə, 2013-cü ili 32 beynəlxalq medalla başa vurduq. Azərbaycanın daxili birinciliklərində fəxri kürsüdə yer alanların yarıdan çoxunun “Zirvə” İdman Klubunun yetirmələrinin olması isə heç kimə sirr deyil. Ölkəmizdə heç bir klubun rəqabət apara bilmədiyi idmançılarımız uğurlarını dayanmadan sıralayırlar. Məşqçilərimiz,
aftandil humbetlihakimlərimiz, klubumuzun rəhbərliyinin birgə işi, çalışqanlığı, peşəkarlığı və böyük əziyyəti hesabına əldə edilən bu qələbələr bütünlükdə “Zirvə”yə aid olan hər kəsin qələbələridir. Klub olaraq qarşımıza Azərbaycan adını daima yüksəklərdə tutmaq, sağlam nəsil yetişdirmək, idmanın kütləviliyini artırmaq kimi məqsədlər qoymuşuq və buna hər keçən ildə daha da yaxınlaşırıq.

2014-cü ildə uğurlarımızın sayının çox olacağına şübhə yoxdur. 2013-cü ildə qazanılanlara görə isə hamınızı təbrik edirik.

“ZİRVƏ” İDMAN KLUBUNUN YETİRMƏLƏRİNİN 2013-CÜ İLDƏKİ BEYNƏLXALQ YARIŞLARDA QAZANDIQLARI MEDALLARIN

S İ Y A H I S I

Qızıl medal

N İdmançı Şəhər Yarış Kateqoriya Məkan Çəki dərəcəsi Hərəkət Nəticə
1. Quliyev Firudin Goranboy Universiada Böyüklər Kazan (Rusiya) 69 kq iki hərəkətin cəmi 323 kq
2. Məmmədli Məhəmməd İsmayıllı Avropa çempionatı Yeniyetmələr Klaypeda (Litva) 50 kq təkanla qaldırma 100 kq
3. İmanzadə Rüstəm Lənkəran Avropa çempionatı Yeniyetmələr (U-15) Klaypeda (Litva) 62 kq birdən qaldırma 103 kq
4. İmanzadə Rüstəm Lənkəran Avropa çempionatı Yeniyetmələr (U-15) Klaypeda (Litva) 62 kq təkanla qaldırma 130 kq
5. İmanzadə Rüstəm Lənkəran Avropa çempionatı Yeniyetmələr (U-15) Klaypeda (Litva) 62 kq iki hərəkətin cəmi 233 kq
6. Əliquluzadə Elxan Lənkəran Avropa çempionatı Gənclər Tallinn (Estoniya) 69 kq təkanla qaldırma 174 kq
7. Əliquluzadə Elxan Lənkəran Avropa çempionatı Gənclər Tallinn (Estoniya) 69 kq iki hərəkətin cəmi 309 kq
8. Əliyev Emil Sumqayıt Avropa çempionatı Veteranlar Quşadası (Türkiyə) 105 kq iki hərəkətin cəmi 317 kq
9. Quliyev Firudin Goranboy 2-ci Beynəlxalq Bakı Qran-Prisi Böyüklər Bakı (Azərbaycan) 69 kq birdən qaldırma 135 kq
10. Quliyev Firudin Goranboy 2-ci Beynəlxalq Bakı Qran-Prisi Böyüklər Bakı (Azərbaycan) 69 kq təkanla qaldırma 170 kq
11. Quliyev Firudin Goranboy 2-ci Beynəlxalq Bakı Qran-Prisi Böyüklər Bakı (Azərbaycan) 69 kq iki hərəkətin cəmi 305 kq
12. Rzazadə Ruslan Lənkəran 3-cü Beynəlxalq Uşaq İdman Oyunları Yeniyetmələr Konya (Türkiyə) 50 kq iki hərəkətin cəmi 163 kq
13. İmanzadə Rüstəm Lənkəran 3-cü Beynəlxalq Uşaq İdman Oyunları Yeniyetmələr Konya (Türkiyə) 62 kq iki hərəkətin cəmi 214 kq

Gümüş medal

N İdmançı Şəhər Yarış Kateqoriya Məkan Çəki dərəcəsi Hərəkət Nəticə
1. Məmmədli Məhəmməd İsmayıllı Avropa çempionatı Yeniyetmələr Klaypeda (Litva) 50 kq birdən qaldırma 81 kq
2. Məmmədli Məhəmməd İsmayıllı Avropa çempionatı Yeniyetmələr Klaypeda (Litva) 50 kq iki hərəkətin cəmi 181 kq
3. Əliquliyev Kənan Lənkəran Avropa çempionatı Yeniyetmələr (U-15) Klaypeda (Litva) 69 kq birdən qaldırma 111 kq
4. Əliquliyev Kənan Lənkəran Avropa çempionatı Yeniyetmələr (U-15) Klaypeda (Litva) 69 kq təkanla qaldırma 136 kq
5. Əliquliyev Kənan Lənkəran Avropa çempionatı Yeniyetmələr (U-15) Klaypeda (Litva) 69 kq iki hərəkətin cəmi 247 kq
6. Əliquluzadə Elxan Lənkəran Avropa çempionatı Gənclər Tallinn (Estoniya) 69 kq birdən qaldırma 135 kq
7. Quliyev Firudin Goranboy Dünya çempionatı Böyüklər Vrotslav (Polşa) 69 kq təkanla qaldırma 194 kq

 

Bürünc medal

N İdmançı Şəhər Yarış Kateqoriya Məkan Çəki dərəcəsi Hərəkət Nəticə
1. Süleymanov Zülfüqar Abşeron Avropa çempionatı Böyüklər Tirana (Albaniya) 62 kq təkanla qaldırma 160 kq
2. Süleymanov Zülfüqar Abşeron Avropa çempionatı Böyüklər Tirana (Albaniya) 62 kq iki hərəkətin cəmi 290 kq
3. Quliyev Firudin Goranboy Dünya çempionatı Gənclər Lima (Peru) 69 kq iki hərəkətin cəmi 308 kq
4. Məhərrəmova Mərziyyə Goranboy Avropa çempionatı Yeniyetmələr (qızlar) Klaypeda (Litva) 48 kq birdən qaldırma 63 kq
5. Məhərrəmova Mərziyyə Goranboy Avropa çempionatı Yeniyetmələr (qızlar) Klaypeda (Litva) 48 kq iki hərəkətin cəmi 145 kq
6. Əlizadə Gülçin Qazax Avropa çempionatı Yeniyetmələr (qızlar) Klaypeda (Litva) 53 kq birdən qaldırma 67 kq
7. Əlizadə Gülçin Qazax Avropa çempionatı Yeniyetmələr (qızlar) Klaypeda (Litva) 53 kq təkanla qaldırma 83 kq
8. Əlizadə Gülçin Qazax Avropa çempionatı Yeniyetmələr (qızlar) Klaypeda (Litva) 53 kq iki hərəkətin cəmi 212 kq
9. Süleymanov Zülfüqar Abşeron İslam Oyunları Böyüklər Palembanq (İndoneziya) 62 kq iki hərəkətin cəmi 278 kq
10. Quliyev Firudin Goranboy Dünya çempionatı Böyüklər Vrotslav (Polşa) 69 kq iki hərəkətin cəmi 337 kq
11. Hümbətli Aftandil Yevlax 8-ci Ümumdünya Oyunları Veteranlar Turin (İtaliya) 77 kq iki hərəkətin cəmi 239 kq
12. Əliquliyev Teymur Lənkəran Avropa çempionatı Veteranlar Quşadası (Türkiyə) 85 kq iki hərəkətin cəmi 214 kq

 

REKORDLAR

N İdmançı Şəhər Yarış Kateqoriya Məkan Çəki dərəcəsi Hərəkət Nəticə
1. Quliyev Firudin Goranboy Dünya çempionatı Böyüklər Vrotslav (Polşa) 69 kq təkanla qaldırma 194 kq – gənclər arasında dünya rekordu
2. Quliyev Firudin Goranboy Dünya çempionatı Böyüklər Vrotslav (Polşa) 69 kq təkanla qaldırma 194 kq – gənclər arasında Avropa rekordu
3. İmanzadə Rüstəm Lənkəran Avropa çempionatı Yeniyetmələr (U-15) Klaypeda (Litva) 62 kq birdən qaldırma 103 kq – yeniyetmələr arasında Avropa rekordu
4. İmanzadə Rüstəm Lənkəran Avropa çempionatı Yeniyetmələr (U-15) Klaypeda (Litva) 62 kq təkanla qaldırma 130 kq – yeniyetmələr arasında Avropa rekordu
5. İmanzadə Rüstəm Lənkəran Avropa çempionatı Yeniyetmələr (U-15) Klaypeda (Litva) 62 kq iki hərəkətin cəmi 233 kq – yeniyetmələr arasında Avropa rekordu
6. Quliyev Firudin Goranboy Universiada Böyüklər Kazan (Rusiya) 69 kq iki hərəkətin cəmi 323 kq – Universiada rekordu
7. Quliyev Firudin Goranboy Universiada Böyüklər Kazan (Rusiya) 69 kq təkanla qaldırma 184 kq – Universiada rekordu

 

 

SHARE