“Zirvə”çi Ömər Cavadov dünya çempionu olmaq istəyir

Ömər Cavadov – Bəlkə də bu gün bu ad çoxlarına tanış gəlmir. 2002-ci ildə aprel ayının 1-də Ağdaşın Gürcova kəndində anadan olan Ömər, uşaq yaşlarından idmana böyük maraq göstərib. 7 yaşından güləşə həvəs göstərən gənc cəngavər, 11 yaşında ağır atletikayla məşğul olmaya başlayıb. 12 yaşında “Zirvə” idman klubuna yazılan Ömər Cavadov klubun bayrağı altında müxtəlif yarışlarda fərqlənməklə adından söz etdirməyi bacarıb. 13 yaşlı idmançının ən böyük arzusu Avropa və dünya çempionu olmaqdır.

Onun məşqçisi, təcrübəli mütəxəssis Ağakərim Kərimov Ömərin potensialının yüksək olduğunu və gələcəkdə ondan böyük uğurlar gözlədiyini deyir. O, əmindir ki, “Zirvə” Byenəlxalq İdman Klubunun gənc yetirməsi böyük çempionluqlar qazanmağa qadirdir.

SHARE