“Zirvə”çi Nihat Nəcəfov: “Uğurlar qazanacağam!”

“Zirvə”çi rubrikamızda hər dəfə sizləri gənc və istedadlı idmançılarla tanış edirik. Bu dəfə yaxından tanıyacağınız gəncin adı isə Nihatdır. Nihat Nəcəfov 9 sentyabr 2008-ci ildə, Bakı şəhərində anadan olub. Uşaq yaşlarından idmana böyük həvəsi olan Nihat futbol, cüdo, güləş və s. kimi idman növləri ilə məşğul olub. Nihatın üzgüçülüyə gəlməsinə səbəb isə belindəki skolioz xəstəliyi olub.

Həkim məsləhəti ilə üzgüçülüyə yazılan Nihatın uğurları bundan sonra başlayıb. Üzgüçülükdə özünü tapan Nihat “Zirvə” klubunun daxili yarışlarında yaxşı nəticələr göstərib və medalçılar sırasına düşməyi bacarıb. Məşqlərdə fəallıq göstərən və çox çalışan Nihat peşəkar üzgüçü olmaq niyyətindədir.

Məşqçisi Sevda Cəfərovanın sözlərinə görə, 1 ilə yaxındır üzgüçülüklə məşğul olmasına baxmayaraq Nihat yaxşı nəticələr göstərib və belə davam edərsə gələcəkdə böyük uğurlara imza atacaq.

SHARE