“Zirvə”çi Fatimə: “İstəyirəm ki, hamı mənimlə fəxr etsin”

Fatimə Səmədli – 8 Noyabr 2006-cı ildə Bakı şəhərində anadan olub. Gənc gimnastımızın 9 yaşı olmasına baxmayaraq, turnir və yarışlarda əldə etdiyi nəticələr gələcəkdə bu idmançının daha böyük uğurlara, nailiyyətlərə imza atacağını deməyə əsas verir.

Fatimənin gimnastikaya gəlməsində anasının böyük rolu olub. Dostarının “Fatya” deyə müraciət etdiyi Fatimənin ən böyük arzusu məşqçi və valideynlərinin onunla fəxr etməsidir.

“Fatya”nın məşqçisi Rəfiqə Əliyeva onun fiziki durumunun gimnastika üçün çox əlverişli olduğunu və ona böyük ümidlər bəslədiyini deyir.

SHARE