“Zirvəçi” Emin Həsənov: “Çempionluqlar qazanmaq istəyirəm”

Dəfələrlə daxili və xarici yarışlarda medalçı olan, 100-ə yaxın medal və diplom qazanan 11 yaşlı bir uşaq… Uşaq dediyimiz qəhrəmanın adı Emin Həsənovdur. 23 aprel 2005-ci ildə Rusiyanın Omsk şəhərində anadan olan Emin çox keçmədən ailəsi ilə birlikdə Bakıya köçür və atasının istəyi ilə “Zirvə” idman klubunda cüdoya yazılır. Böyük həvəslə və əzmlə məşqlərə qatılan Emin çox keçmədən məşqçilərinin sevimli idmançılarından birinə çevrilir. Emin tək məşq etməklə kifayətlənmir, həmdə keçirilən yarışlarda mütəmadi iştirak edir və uğurlar qazanır. 11 yaşlı gəncimiz gələcəkdə də bu uğurlarını davam etdirəcəyinə inanır. Məşqçisi Elməddin Əhmədova uşaqlığını xatırladan Emin, onların fəxri olmağı bacarıb.

SHARE