“Zirvə”çi cüdoçular Azərbaycan birinciliyinin qalibi oldular!

 

Fevralın 9-13-də Bakı İdman Sarayında cüdo üzrə yeniyetmələr və gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək. 9-11 fevralda kiçik yaşlı yeniyetmələr (U-15), 12-13 fevralda isə gənclər (U-21) tatami üzərinə cıxacaqlar.
Bu yarışda “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də qüvvələrini sınayıblar. Məşqçilər Hətəm və Elməddin Əhmədovların rəhbərliyi altında iki cüdoçumuz 30 kq çəki dərəcəsində Murad Əliyev və Oruc Hacıyev mübarizəyə qoşulublar. Sevindirici haldır ki, idmançılarımızın ikisi yaxşı çıxış edərək finala qədər irəliləyiblər. “Zirvə”nin idmançılarının həlledici qarşılaşmada üz-üzə gəlməsi klubumuzda görülən işin düzgün istiqamətdə aparıldığına işarədir. Biz bütün idman növlərimizə diqqətlə yanaşır, maksimum şərait yaratmağa çalışırıq. Sevinirik ki, gənc idmançılarımız da bundan yararlanaraq bizləri sevindirir, zirvələri fəth edirlər.
Final görüşündə Murad Əliyev qalib gələrək qızıl, Oruc Hacıyev isə gümüş medala layiq görülüblər. İdmançılarımız və məşqçilərini təbrik edir, qarşıdakı yarışlarda da uğurlar arzulayırıq!

12717191_511385139042121_2883392356802042613_nzc 16

12729379_511385205708781_8419115186409002065_n

zc y 16

zc y 16 2

SHARE