“Zirvəçi” çempionlarımız Hafiz Süleymanovun qonağı oldular

Litvanın Klaypeda şəhərində baş tutan gənclərin Ağır atletika üzrə Avropa çempionatında qızıl medal qazanan Firudin Quliyev və Anastasiya İbrahimli “İnterAz” televiziyasında yayımlanan “Qalib ol” verilişinin qonağı olublar.

Veriliş idmançılarla birgə yarışa yollanan, qadınlardan ibarət yığma komandanın və “Zirvə” BİK-in baş məşqçisi Hafiz Süleymanovun evində çəkilib.

Burada həm məşqçi, həm də idmançılar Avropa çempionatına necə hazırlaşdıqlarından və nəticələrdən danışıblar. Olduqca maraqlı alınan verilişin tam videosunu sizlərə təqdim edirik:

SHARE