“Zirvə”çi Aytac Süleymanlı: “Yığmanın üzvü olmaq, Avropa çempionluğunu qazanmaq istəyirəm!”

“Həftədə 6 gün, hər gün isə 5-6 saat məşq edirəm”

“Zirvə”çi rubrikamızda bu dəfə tanıyacağınız istedalı idmançımız Aytac Süleymanlıdır. 4 iyun 2004-cü ildə Bakıda anadan olan Aytac, uşaq yaşlarından idmana həvəs göstərib. Onun gimanstikaya gəlişi isə çox maraqlı olub. Uşaq yaşlarında ayağında problem olan Aytac, həkim məsləhəti ilə gimnastikaya yazılıb. Maraqlısı isə odur ki, gənc qızımızın da məhz gimnastikaya həvəsi olub və gimnast olmağı arzu edirmiş. 6 yaşında gimnastikaya gələn Aytac, çox keçmədən məşqçilərinin sevimli idmançısı olmağı bacarıb.

Aytac 5 ildə gimnastikada çoxlu uğurlar qazanıb. “Zirvə” Beynəlxalq İdman Klubunun daxili yarışlarında dəfələrlə qalib və mükafatçı olub. Bundan başqa Aytac Respublika yarışlarında da fərqlənib, beləki gimnastımız Respublika birinciliyində 3-cü olmağı bacarıb.

Məşqçi Rəfiqə Əliyeva da Aytacın güclü gimnast olduğunu və ondan böyük uğurlar gözlədiyini bildirib.

SHARE