AFFA-nın bayrağı altında keçirilən futbol üzrə aşağı yaş qruplarının birinciliyində iştirak edən “Zirvə” idman klubunun futbol komandası final mərhələsində “Xəzər Lənkəran” klubu ilə qarşılaşıb.
Yaşı 10-a qədər olan futbolçulardan ibarət “Zirvə” komandası iki oyunda meydana çıxıb. “Lənkəran-Zirvə”çilərin rəqibi “Xəzər Lənkəran” klubu olub. İlk görüşdə öz meydanında 2:4 hesabı ilə məğlub olan “Zirvə”çilər, səfərdə də 1:3 hesablı məğlubiyyətlə üzləşiblər. Yenilgiyə baxmayaraq, komandamızın builki çıxışını qənaətbəxş saymaq olar.
Məlumdur ki, uşaq futbolunda əsas məqsəd qələbə yox, gənc nəslin sağlam inkişafıdır. Bu baxımdan, klubumuzun bu istiqamətdə gördüyü işləri təqdirəlayiq hesab etmək olar.