“Zirvə” və AAAF Park ilə yekun vurdu, ən yaxşılar mükafatlandırıldı

Dekabrın 30-da AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında “Zirvə” İnternational Sport Clubs və AAAF Holdinqin 2017-ci ilin yekunları il bağlı tədbiri keçirildi. Mərasimdə klub və şirkətin rəhbər şəxsləri, işçilər və mütəxəssisləri, həmçinin sabiq işçilər də iştirak edirdilər.

Tədbirdə “Zirvə” İnternational Sport Clubs və AAAF Holdinqin prezidenti Tofiq Heydərov çıxış etdi. O, ilk öncə “Zirvə” İSC idmançılarının il ərzində dünya və Avropa birinciliklərində, çempionatlarında, həmçinin digər mötəbər turnirlərdə uğurlu çıxışını vurğuladı. Qeyd edildi ki, Bakıda keçirilən IV İslam Oyunlarında, Tailandda keçirilən yeniyetmələr arasında dünya birinciliyində, Kosovonun paytaxtı Priştinada keçirilən Avropa birinciliyində əldə edilən nailiyyətlər Azərbaycan idmanına, onun inkişafına böyük töhfə verib və bu qələbələrdə əsas rolu “Zirvə”çilərin oynaması xüsusi qürur və fəxrdir. Azərbaycanla yanaşı, ölkə xaricindəki filiallarımızın da müxtəlif yarışlarda çempionluqlar bayram edib, həm klubun, həm də ölkəmizin adını dünyaya tanıdıb.

Tofiq Heydərov AAAF Parkla bağlı planlarını da açıqlayıb. O, şirkətin daha da inkişaf edəcəyini, gələcəkdə Park ərazisinin qapalı olması, yalnız sakinlər və Zirvə İSC üzvlərinə açıq olması və daha yaxşı xidmət göstərilməsinin əsas hədəflərindən birinin olduğunu bildirib. Prezident AAAF Park layihəsinin nümunəvi həddə çatdıralacağını, yaranan problemlərin ən qısa zamanda həll olunacağını və hər kəsin razı qalacağı işlərin görüləcəyini deyib.

Sonra “Zirvə”nin il ərzində bütün idman növləri – ağır atletika, futbol, cüdo, güləş, pauerliftinq, karate və bədii gimnastika – üzrə fərqlənmiş idmançı və məşqçiləri xatirə plaketi və hədiyyələrlə təltif olunub, bir neçəsinə isə mənzil verilib.

AAAF Holdinqin hazırda çalışan, həmçinin sabiq əməkdaşlarının bir qrupunun işi də fərqləndirilib. Onlara AAAF Parkdan mənzil almaq üçün böyük məbləğdə güzəşt sertifikatları təqdim edilib.

SHARE