Rəqsi insanı rahatlaşdıran, yüngülləşdirən və onu stresdən çıхaran ən yaхşı vasitələrdən biri də saymaq olar. İnsan rəqs etdiyi zaman sözün əsl mənasında, başqa bir dünyaya düşür və unudulmaz anlar yaşayır. İnsanların əksəriyyəti bu haqda demək olar ki, heç nə bilmir. Yəni toy və başqa məclislərdə daima eyni hərəkətlər edir. Çünki əslində rəqsdə hansı hərəkətlərin mövcudluğundan хəbərsizdilər.
“Zirvə Uşaq İdman Akademiyası”nda keçirilən rəqs dərsləri ilə siz rəqsin sirlərini və daha çox hərəkətlər öyrənə bilərsiz. Burada peşəkar məşqçilər sayəsində milli və qafqaz rəqsləri, bəy və gəlinin hazrılanması, toy rəqsləri və başqa bunun kimi rəqslər keçirilir. Rəqs müəllimi Bəxtiyar Aslanovdur.
Rəqs dərsləri həftədə üç dəfə olmaqla 2,4 və 6-cı günlər saat 16:00-dan 18:00-a kimi “Zirvə Uşaq idman Akademiyası”nın gimnastika zalında keçirilir.
Rəqsə yazılmaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:
(055) 711 – 65 – 16
(050) 643 – 00 – 55