“Zirvə” uşaq bağçasında xüsusi dərs proqramı

Yeni tədris ilinə başlayan “Zirvə” uşaq bağçasında azyaşlılara dərslər xüsusi proqram əsasında keçilir. Belə ki, müxtəlif yaş qrupuna məxsus uşaqlar üçün fərqli metodologiyanın tətbiqi ilə yanaşı, ingilis, rus dilləri slayd və videoroliklər vasitəsilə əyləncəli şəkildə tədris olunur, zehni qavrayışı inkişaf etdirən oyunlar təşkil edilir. Uşaqların hərtərəfli inkişafına təkan verən idman növləri də proqrama daxildir. Bağçanın müdirəsi Naidə Nəsrullayeva yeni qəbul olunmuş azyaşlılardan söhbət açaraq tədris metodlarını diqqətə çatdırıb.

Ötən illə müqayisədə bu il bağçaya uşaq qəbulunda artım da müşahidə olunub. Məlumat üçün qeyd edək ki, “Zirvə” uşaq bağçasına qəbul hələ də davam edir.

Övladlarınızın hərtərəfli inkişafına önəm verirsinizsə, “Zirvə” uşaq bağçası əla seçimdir.

SHARE