“Zirvə” uşaq bağçasında Respublika Gününə həsr olunmuş şənlik keçirilib

AAAF Park Yaşayış Kompleksinin nəzdində fəaliyyət göstərən “Zirvə” uşaq bağçasında 28 May – Respublika gününə həsr olunmuş şənlik baş tutub. Şənliyin açılışında uşaqdan-böyüyə hər kəs Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib. Daha sonra balacalar “Əsgər marşı”, “Anam Azərbaycanım”, “Gözəl Bakı”, “Azərbaycanım mənim” mahnılarını ifa ediblər. Uşaqlar azərbaycan və rus dillərində Respublika gününə həsr olunmuş şeirlər səsləndiriblər.

SHARE