“Zirvə” uşaq bağçasında Novruz şənliyi

 

AAAF Parkda yerləşən “Zirvə” uşaq bağçasında Novruz şənliyi keçirilib. Balaca balaların və bağçanın müəllim kollektivinin maraqlı səhnələr və bayram əhval-ruhiyyəsi ilə təşkil etdiyi bu tədbir xoş anlarla yadda qalıb. Şənlik zamanı Kosa və Keçəl, Bahar qızının çıxışları, müxtəlif rəqslər,şerlər bayrama rəng qatıb. Tədbirdə balaca balalarla əyləncəli oyunlar da keçirilib.

SHARE