“Zirvə” uşaq bağçasında məktəbə hazırlıq dərsləri

AAAF Parkda fəaliyyət göstərən “Zirvə” uşaq bağçasının nəzdində uşaq inkişaf və tədris mərkəzində məktəbəqədər hazırlıq kursu təşkil olunub. Kursu təşkil etməkdə məqsəd uşaqları məktəb mərhələsinə qədər hazırlamaq, onlara ilkin bilikləri öyrətmək, müəyyən bünövrə yaratmaqdır. Ana dili, ingilis və rus dilləri ilə yanaşı, ərəb əlifbası ilə Quran oxumanın öyrədilməsi, ilkin riyazi təsəvvürlər, məntiqi oyunlar, ətraf aləmlə tanışlıq, informatika, rəsm kimi fənnlər başlanğıc şəklində tədris olunur. Bundan əlavə, dərslər azyaşlılara foto və video roliklərlə kompleks şəklində keçirilir. Kursda rəqs və digər qabiliyyət tələb edən məşğuliyyətlər də yer alır, dərslər müasir metodologiya ilə, uşaqları yormayacaq şəkildə qurulur.

Əlaqə nömrələrİ: * 64 64, (012) 310 0 410

Məktəbə hazırlıq kurslarına dörd yaşdan altı yaşa qədər uşaqlar qəbul olunur. Dərslər həftənin üç günü 2 saat müddətində təşkil olunur, qiymətlər isə kifayət qədər uyğundur. “Zirvə” uşaq bağçasını seçin, övladlarınızın təhsildə ilk dəstəkçisi olaq. Qeydiyyat davam edir, yerlər məhduddur, tələsin!!!

Ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, AAAF Park Yaşayış Kompleksi, “Zirvə” uşaq bağçası

SHARE