“Zİrvə” uşaq bağçasına qəbul davam edir

Övladlarınızın hərtərəfli inkişafına önəm verirsiniz? O zaman AAAF Parkdakı “Zirvə” uşaq bağçası onlar üçün ideal seçimdir.

2016-2017-ci tədris ili üçün “Zirvə” uşaq bağçasına 1 yaşdan 6 yaşa qədər uşaqların qəbulu davam edir. Müəssisə daxilində hər bir uşağa fərdi yanaşılır, sağlam və təbii qidalarla, geniş yataq otaqlarında səliqəli yataq dəstləri və oyuncaqlarla təmin edilir, onların zehni və fiziki inkişafına diqqət yetirilir, ana dili, ilkin riyazi təsəvvürlərin inkişafı, məktəbə hazırlıq, ingilis, rus dilləri əyləncəli şəkildə tədris olunur, zehni qavrama qabiliyyətini artırmaq üçün diqqət tələb edən məntiqi oyunlar təşkil edilir. Hər bir fənn ayrı-ayrı müəllimlər tərəfindən keçilir. Bundan əlavə, “Zirvə” uşaq bağçasında uşaqların rəqs, gimnastika, şahmat, cüdo, üzgüçülük kimi idman növlərilə məşğul olmağı üçün əlverişli imkanlar mövcuddur. Peşəkar personal, keyfiyyətli təhsil, yüksək səviyyəli mühafizə sistemi ilə təmin olunmuş “Zirvə” uşaq bağçasında övladlarınız etibarlı əllərdə olacaq. Kompleks sakinlərinə 50% endirim nəzərdə tutulub.

Bağçaya qəbul sentyabr ayının sonuna qədər davam edəcək.

Tələsin! Yerlər məhduddur!

“Zirvə” uşaq bağçasını seçin, övladlarınızın təhsildə ilk dəstəkçisi olaq!

Ünvan: Xırdalan ş., Heydər Əliyev pr. 167, AAAF Park, “Zirvə”liseyi
Əlaqə: *64 64, (012) 310 0 410

SHARE