“Zirvə Uşaq Akademiyası” – uşaqlarınızın sağlam gələcəyi!

Uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir.

AAAF Park Yaşayış Kompleksinin nəzdində yerləşən “Zirvə” Uşaq Akademiyası bu sırada uğurla davam etdirilən islahatların məntiqi nəticəsidir.

Akademiyada uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Xüsusi tədris proqramları əsasında fəaliyyət göstərən akademiyaya uşaqlar üç yaşından qəbul edilir.

Akademiyada aşağıdakı xidmətlər var:

  • Peşəkar tərbiyəçilər
  • Nəqliyyat-servis xidməti (fərdi və qrup)
  • Psixoloq-loqoped xidməti
  • Həkim məsləhəti
  • İngilis və rus dilləri
  • Fənnlər üzrə məşğələlər
  • Musiqi
  • Gimnastika
  • Cüdo
  • Aykido
  • Üzgüçülük
  • Şahmat dərsi
  • Əmək dərsi

“Zirvə Uşaq Akademiyası“ övladlarınızın həyata sərbəst və özlərinə güvənərək addım atması üçün mükəmməl bir başlanğıc olacaq.

SHARE