“Zirvə” restoranında növbəti şou proqram

AAAF Parkda fəaliyyət göstərən “Zirvə” restoranında növbəti şou proqram baş tutub. Respublikanın gənc və populyar müğənniləri şouya dəvət alaraq restorana təşrif buyuraraq bir-birindən rəngarəng və dillər əzbəri olan ifalarını səsləndiriblər, çoxsaylı qonaqların qatıldığı şou proqram olduqca maraqlı keçib, qonaqların və AAAF Park sakinlərinin istirahəti daha da möhtəşəm anlarla yadda qalıb. Şouda xalq artisti Faiq Ağayev, sevilən müğənni Samira Allahverdiyeva, gənc ifaçılar Çinarə Bəkirova və Aygün Ağayeva yer alıblar, onların ifaları alqışlarla müşayət olunub.

Bildirək ki, “Zirvə” restoranında bu tip şou proqramlar mütəmadi təşkil edilir. Hər bir müştəri bu məkana gəlməklə canli musiqidən zövq ala və ləziz təamların dadına baxmaq imkanı da əldə edə bilər.

SHARE