“Zirvə Oyunları”nda komandamız çempion oldu!

Ənənəvi Yeniyetmələrin II Zirvə Oyunları davam edir. Dünənki gimnastika yarışlarından sonra növbəti idman növündə qaliblər müəyyənləşib.

Oyunlarda futbol üzrə matçlar keçirilib. Mayın 10-da AAAF PARK Yaşayış Kompleksinin futbol meydançasında baş tutan yarışda Binəqədi Uşaq-Gənclər İdman Məktəbi (UGİM), Səbayel UGİM, AZAL və “Zirvə” klublarının komandaları oynayıblar. Turnir Olimpiya sistemi ilə keçirilib və yarımfinal mərhələsindən start götürüb.

İlk qarşılaşmada “Zirvə”çilərimiz Səbayel UGİM komandasını 6:3 hesabı ilə məğlub ediblər. Digər yarımfinalda Binəqədi UGİM AZAL klubunun nümayəndələrinə 5:2 hesabı ilə qalib gəliblər.

3-cü yer uğrunda matçda Səbayel UGİM AZAL-ı 6:2 yenərək bürünc medallara sahib çıxıblar.

Finalda isə yenə də “Zirvə”çilər fərqləniblər. Məşqçimiz Fuad Cəfərovun rəhbərliyi altında futbolçularımız əla oyun nümayiş etdiriblər. Həlledici qarşılaşmada 7:4 hesabı ilə qalib gələn uşaqlarımız çempion olaraq qızıl medal qazanıblar.

Təbrik edirik!

Yarışlar başa çatandan sonra mükafatçılara kubok, medal və fəxri diplomlar təqdim edilib.

SHARE