Yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 93 illik yubileyinə həsr olunmuş “IV ZİRVƏ OYUNLARI” futbol matçları ilə yadda qaldı. Mayın 1-də 2003-2004-cü il təvəllüdlü oğlanlardan təşkil olunan komandalar medal mübarizəsinə qoşuldular. Populyar idman növünə tamaşaçı marağı böyük idi.
Sevindirici hal odur ki, bu dəfə yarışlarımızda cənubdan gələn gənc futbolçularımız da iştirak etdilər. Öz həmyaşıdları, həmklubluları ilə bir araya gəlmək, AAAF Park Yaşayış Kompleksində həm oynamaq, həm də istirahət etmək imkanı qazanmaları onları şad etmişdi. “Zirvə” olaraq belə kütləviliyin və böyük idman bayramının yaşanmasını izləməkdən məmnun olduq.
Matçlara gəlincə, turnirdə Lənkəran, Bakı və Xırdalandan gələn 6 komanda iki yarımqrupa bölündülər. Hər qrupda iki komanda final mərhələsinə vəsiqə qazandılar.
Həlledici matçda “Xırdalan-Zirvə”nin 1-ci komandası, “Lənkəran-Zirvə”nin 2-ci komandasını yenərək çempionluq sevinci yaşadı. 3-cü yerə isə “Lənkəran-Zirvə”nin 1-ci komandası çıxdı.
Yarışlarda I-II-III yerləri tutan idmancılar və komandalar “Zirvə” İnternational Sport Clubs MMC-nin medal, diplom və kubokları ilə mükafatlandırılırlar.
Təbrik edirik!
1-ci yarımqrup
- Lənkəran 1 – Bakı 2 – hesab 6:2
- Lənkəran 1 – Xırdalan 1 – hesab 2:4
2-ci yarımqrup
- Xırdalan 2 – Lənkəran 2 – hesab 1:3
- Lənkəran 2 – Bakı 2 – hesab 7:0
3-cü yer ugrunda
- Bakı 2 – Lənkəran 1 – hesab 1:5
Final
- Xırdalan 1 – Lənkəran 2 – hesab 2:0
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions