“Zirvə Oyunları”nda cüdo üzrə yarışlar keçirildi

Yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 93 illik yubileyinə həsr olunmuş “IV ZİRVƏ OYUNLARI” davam edir. Aprelin 30-da “Zirvə” İdman Kompleksinin yarış zalında 2001-2003-cü il təvəllüdlü oğlanlar arasında -38, 42, 46, 50, 55, 60, 66, 73 və +73 kq çəki dərəcələrində cüdo yarışı keçirildi.
Yarışları açılış nitqi ilə klubumuzun direktoru Rizvan Rəsulov etdi. O, bildirdi ki, “Zirvə” Oyunları artıq 4-cü dəfədir ki, keçirilir və yaxşı bir ənənəyə çevrilməkdədir. Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunması yarışlara xüsusi status verir. Rəsulov qeyd etdi ki, bu Oyunların keçirilməsində məqsəd idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmancıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir. Bundan sonra hamıya uğurlar diləyən direktor, yarışları açıq elan etdi.

Oyunlarda “Zirvə” Beynəlxalq İdman Klubunun 5 regiondakı filialından – Sumqayıt, İsmayıllı, Lənkəran, Abşeron və Bakı – ümumilikdə 50-dən çox cüdoçu tatami üzərinə çıxdılar. Qaliblər müəyyən edildi, mükafatçılar medal və fəxri diplomlarla təltif edildilər.

38 kq

  • 1. Abbasov Xəzər (Abşeron)
  • 2. Hacıyev Oruc (Abşeron)
  • 3. Əhmədov Qaçay (Abşeron)
  • 3. Baxışlı Murad (İsmayıllı)

42 kq

  • 1. Məhərrəmov Turxan (Bakı)
  • 2. Məmmədov Cəlal (Bakı)
  • 3. Osmanov Məhərrəm (Bakı)
  • 3. Ağayev Tural (Abşeron)

46 kq

  • 1. Xankişiyev Etibar (Bakı)
  • 2. Əsədov Elşən (Bakı)
  • 3. Budaqov Mustafa (Bakı)
  • 3. Ağamirov Ümid (İsmayıllı)

50 kq

  • 1. Yaqublu Araz (Abşeron)
  • 2. Quluzadə Sənan (İsmayıllı)
  • 3. Atakişiyev Allahverdi (Abşeron)
  • 3. Məhərrəmov Fuad (Lənkəran)

55 kq

  • 1. Məmmədzadə Ömər (Abşeron)
  • 2. Müzəffərov Tərlan (Sumqayıt)
  • 3. Əbilov Təbrik (Sumqayıt)
  • 3. İsayev İsa (Bakı)

60 kq

  • 1. Mustafayev Fuad (İsmayıllı)
  • 2. Hüseynov Mehman (İsmayıllı)
  • 3. Əzizov Murad (Abşeron)
  • 3. Əliyev Əhməd (Abşeron)

66 kq

  • 1. Əbilov Samir (Sumqayıt)
  • 2. Əliyev Nihat (Bakı)
  • 3. Ağamalıyev Rəsul (İsmayıllı)
  • 3. Əzimov Fərid (İsmayıllı)

73 kq

  • 1. Sənan Rüstəmov (Sumqayıt)
  • 2. Nəzərli Ülvi (İsmayıllı)
  • 3. Mirzəyev Elnur (Abşeron)

+73 kq

  • 1. Sadıqov Elsevər (Sumqayıt)
  • 2. Sərkərov Rəşad (Bakı)
  • 3. Teymurov Elsevər (Abşeron)
  • 3. Əsədzadə Nurlan (Abşeron)
SHARE