“Zirvə” liseyinin rəhbərliyi valideynlərlə görüş keçirdi

“Zirvə” liseyinin rəhbərliyi valideynlərlə görüş keçirib. Yığıncaqda oktyabrın 28 – də baş tutan aylıq qiymətləndirmə imtahanın statistik nəticələri açıqlanıb, ümumi məslələr ön plana çıxarılıb. Görüş valideyn, şagird və müəllimlərin qarşılıqlı əməkdaşlığını inkişaf etdirmək, şagirdlər üzərində nəzarətin artmasına şərait yaratmaq, hər üç tərəfin məsuliyyətinin ətraflı müzakirəsinə zəmin hazırlamaq məqsədi daşıyır. Liseyin direktoru Əmirastan Nəbiyev qeyd olunan təhsil müəssisəsi üzrə şagirdlərin 93 faiz müsbət nəticə göstərdiklərini vurğulayıb. İclasda valideynlərlə müəllimlərin irad və təklifləri dinlənilib, tətbiq olunacaq yeni metodlar müzakirə olunub. Uşaqların güclü və zəif tərəfləri, qrup məşğələlərində göstərdikləri nəticələr barədə söhbət açılıb. Direktor valideynlərlə görüşlərin mütəmadi keçiriləcəyini qeyd edib.

SHARE