“Zirvə” liseyinin müəllim kollektivi üçün xoş gün

AAAF Parkda Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirilib. Yaşayış Kompleksində fəaliyyət göstərən “Zirvə” liseyinin müəllim kollektivi üçün “Limuforest” istirahət və Əyləncə mərkəzində süfrə açılıb, tədbir boyu musiqilər səslənib. “Zirvə” liseyinin rəhbərliyi və müəllim kollektivi bu diqqətə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, ölkədə yeganə texniki, humanitar və idman təmayüllü olmaqla geniş təhsil miqyasına malik olan “Zirvə” liseyi qısa zaman ərzində xeyli uğurlar əldə edib, bu liseyə üz tutan şagirdlərin sayı isə günü-gündən artır. Bu da təbii ki, liseydə aparılan düzgün işlərin və peşəkar kollektivinin sayəsində mümkün olub.

SHARE