AAAF Parkda yerləşən “Zirvə” liseyi təhsildə ilk addımını atmasından bu günə kimi çətin və uğurlu inkişaf yolu keçib və bu proses indi də davam edir. Texniki, humanitar və idman təmayüllü olmaqla geniş təhsil miqyasına malik olan bu təhsil ocağı gün keçdikcə güclənir, nüfuz qazanır.
Liseyin direktoru Əmirastan Nəbiyev “Zirvə” Liseyinin nailiyyətləri barədə AAAF TV–yə müsahibəsində danışıb. O, dərs saatından əlavə şagirdlərin ev tapşırıqlarının hazırlanmasına da müəllimlər vaxt ayırdığını qeyd edib. Məhz buna görə də liseyin direktoru hər bir uğurun liseyin adı ilə bağlı olmasına və gələcəkdə təhsil sistemində öz yerini möhkəmləndirməsinə böyük önəm verdiyini bildirib.
Liseyin direktoru gələcəkdə dərs vəsaitlərinin də məhz liseyin öz müəllimləri tərəfindən hazırlanmasının nəzərdə tutulduğunu, lakin ana xəttin dövlətin hazırladığı proqram olacağını vurğuladı. Bununla yanaşı Əmirastan müəllim “Zirvə” liseyini irəli aparmaq üçün planlaşdırılan məsələlərdən də danışıb.
Qeyd edək ki, “Zirvə” liseyinin yeni korpusunun istifadəyə verilməsi məsələsi də öncüllər sırasındadır.