“Zirvə” Liseyinə müəllimlər işə dəvət olunur

AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” Liseyinə 2015-2016-cı tədris ili üçün rus və azərbaycan bölmələri üzrə müəllimlər işə dəvət olunur:

Tələblər:

  • Ən azı 3 il dövlət məktəbində pedaqoji iş təcrübəsi,
  • Diplom, şəxsiyyəti təsdiq edən sənəd və əmək kitabçasının surəti.

Maraqlanan namizədlər CV və yuxarıda qeyd edilən sənədlərlə AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” Liseyinə müraciət edə bilərlər.

İşə qəbul müsabiqə yolu ilə aparılacaqdır. Keçiriləcək imtahanlarda yüksək nəticə əldə edən müəllimlərlə əməkdaşlıq ediləcək.

Əlaqədar şəxs: Şövqiyyə Məlikova

Xatırladaq ki, AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” liseyi 2014 – 2015-ci tədris ilindən başlayaraq Respublikada ilk texniki, humanitar və idman təmayüllü olmaqla üç profil üzrə fəaliyyət göstərir.

Liseydə müasir standartlara cavab verən kimya, fizika, biologiya laboratoriyaları, kompüter otaqları, hərbi və metodbirləşmə kabinetləri, gimnastika və cüdo, trenajor və ağırlıqqaldırma zalları , futbol meydançaları və tennis kortu da fəaliyyət göstərir.

Şagirdlərin liseyə gəlməsi üçün xüsusi servis avtobusu ayrılmışdır. Liseydə 150 yerlik yeməkxana mövcuddur. Şagirdlər nahar yeməyi ilə təmin olunur və nahardan sonra peşəkar müəllimlərin nəzarəti altında ev tapşırıqlarını yerinə yetirir.

Liseydə internet şəbəkəsi ilə təmin olunmuş lokal şəbəkə və təhlükəsizliyə nəzarət üçün xüsusi mühafizəçilərin daima müşahidə etdiyi mərkəzləşdirilmiş kamera sistemi mövcuddur.

SHARE