“Zirvə” liseyində “Xocalı Soyqırımı”na həsr olunan tədbir təşkil edilib

AAAF Park Yaşayış Kompleksində fəaliyyət göstərən “Zirvə” liseyində “Xocalı Soyqırımı”na həsr olunan tədbir keçirilib. İlk öncə o qanlı faciədə şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı 26 il əvvəl fevralın 26-da Xocalıda günahsız insanlara qarşı edilən erməni vəhşiliyindən danışılıb və bu soyqırımın Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğu diqqətə çatdırılıb. Lisey şagirdlərinin ifasında o qanlı günləri əks etdirən şeirlər səslənib, səhnələr nümayib etdirilib,videoçarx təqdim olunub.

ALLAH “Xocalı Soyqırımı” qurbanlarına rəhmət etsin!

SHARE