“Zirvə” liseyində “Xocalı soyqırımı”na həsr olunan sərgi təşkil olunub

AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” liseyində “Xocalı soyqırımı”na həsr olunan sərgi təşkil olunub. Sərgidə ilk öncə Azərbaycan Respublikasının dövlət himni səslənib. Ardıyca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 25 il əvvəl fevralın 26-da Xocalıda günahsız insanlara qarşı edilən erməni vəhşiliyindən danışılıb və bu soyqırımın Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğu diqqətə çatdırılıb. Çıxışdan sonra şagirdlərin hazırladıqları əl işlərinə ümumi baxış keçirilib. Şagirdlər çəkdikləri rəsm əsərlərində Xocalı soyqırımını daha dolğun şəkildə çatdırmağa çalışıblar.

Qeyd edək ki, sərgidə fərqlənən lisey şagirdlərinə diplomlar təqdim olunub.

SHARE