“Zirvə” liseyində “Xocalı faciəsi”nə həsr olunan tədbir keçirilib. AAAF Park Yaşayış Kompleksinin konfrans zalında baş tutan tədbir ilk öncə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə mərasim açıq elan edilib.
Tədbir zamanı 24 il əvvəl fevralın 26-da Xocalıda günahsız insanlara qarşı edilən erməni vəhşiliyindən danışılıb və bu soyqırımın Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğu diqqətə çatdırılıb. Lisey şagirdlərinin ifasında o qanlı günləri əks etdirən şeirlər səslənib, videoçarx təqdim olunub.
Allah bu soyqırım qurbanlarına rəhmət eləsin!
Tədbirin videoyazısını sizə təqdim edirik: