“Zirvə” liseyində universitetə hazırlıq

Universitetə hazırlıq hər bir gəncin həyatında əhəmiyyətli və vacib keçid mərhələsidir. Bu çətin mərhələdə şagirdlərin qısa vaxt kəsiyində yüksək səviyyəli elmi hazırlığa ehtiyacı olur. Bunu təmin etmək maddi cəhətdən böyük vəsait tələb etməklə yanaşı, vaxt itkisinə, fərqli müəllimlərlə, fərqli məkanlarda işə, şagirdin həddən artıq yorulmasına, həvəsinin azalmasına səbəb olan amillərdir.

AAAF Parkda yerləşən “Zirvə” liseyində 7-ci sinifdən etibarən şagirdlərin seçdikləri qruplar üzrə universitetlərə hazırlığı təşkil olunur. Bu zaman şagird liseydə keçirilən dərs proqramından geri qalmır, əlavə yol getmədiyinə görə vaxt və maddi itkiyə səbəb olmur, universitetə hazırlaşan abituriyentin diqqətinin dağılmasına və həddən artıq yorulmasına yol vermir. “Zirvə” liseyinin müdiri Əmirastan Nəbiyev AAAF TV-yə müsahibəsində abituriyentlərin universitetlərə hazırlıq mərhələsindən, liseydə təşkil olunan qruplardan və bu mərhələdə qarşıya çıxan çətinliklərdən söz açıb.

Əmirastan müəllim universitetlərə qəbul qaydalarının dəyişdirilməsi məsələsinə də diqqəti yönəldib. “Zirvə” liseyində universitetlərə hazırlıq mərhələsində ən cüzi detalın belə nəzərə alınıb şagirdlərə məhz bu yöndə istiqamət verildiyini vurğulayıb.

AAAF Parkda yerləşən “Zirvə” liseyi övladlarınızın savadlı gələcəyə inamla addımlamasında böyük rol oynayır, ziyalı gənclər isə gələcək nəslin təməlidir.

SHARE