“Zirvə” liseyində sınaq imtahanları

AAAF Park Yaşayış Kompleksində fəaliyyət göstərən “Zirvə” liseyində sınaq imtahanları keçirilib. 2-ci sinifdən 11-ci sinifə qədər bütün şagirdlərə şamil olunan imtahanlara kənar nəzarətçilər cəlb olunub. İmtahanlarda ümumilikdə 200-ə yaxın şagird iştirak edib. İmtahan zamanı şagirdlərə test toplusundan ibarət sual kitabçaları təqdim olunub. “Zirvə” liseyinin direktoru Əmirastan Nəbiyev AAAF TV-yə müsahibəsində sınaq imtahanlarının keçirilmə məqsədlərindən danışdı.

Qeyd edək ki, imtahanın nəticələri yaxın 3 gün ərzində açıqlanacaq.

SHARE