“Zirvə” liseyində şer müsabiqəsi keçirildi

“Zirvə” liseyində “Vətənim Azərbaycan” adlı şer müsabiqəsi gerçəkləşib. Müsabiqədə Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 33 ibtidai sinif şagirdi iştirak edib. Müsabiqə zamanı şagirdlər müxtəlif  həcmdə şerlər səsləndiriblər. Onların çıxışları Münsiflər heyəti tərəfindən dinlənilib və qiymətləndirilib. Nəticədə ilk üç yer üzrə qaliblər bəlli olub. İlk yerin sahibi II B sinif şagirdi Ləman Nağıyeva olub. II yerə II A sinif şagirdi Nəzrin Mirzəliyeva və III yerə IV A sinif şagirdi Valid Əzimov layiq görülüb. Qaliblərə diplom və hədiyyələri AAAF Media MMC-nin direktoru Rəşad Əliyev və liseyin direktoru Əmirastan Nəbiyev təqdim edib.

“Zirvə” liseyinin ibtidai sinif müəlliməsi Səidə Quliyeva AAAF TV-ə müsahibəsində bildirdi ki, bu cür şer müsabiqələri mütəmadi olaraq keçiriləcək.

SHARE