“Zirvə” liseyində “Şən qələbə” adlı əyləncəli və intellektual bilik yarışı

AAAF Parkda yerləşən “Zirvə” liseyində “Şən qələbə” adlı əyləncəli və intellektual bilik yarışı keçirilib. 22 şagirdin mübarizə apardıığ yarışda liseyin 3 A və 3 B sinif şagirdləri yer alıb. Onlar 4 komandaya bölünərək yarışda mübarizə aparıblar. 3 raunddan ibarət bilik yarışmasında hər sual 1 xalla dəyərləndirilib.  İntellektual bilik yarışmasında qalib adını 3 B sinif şagirdlərindən ibarət olan “Lider” komandası qazanıb. İkinci yerə “Zirvədəkilər” komandası, üçüncü yerə “Uğur” komandası və nəhayət dördüncü yerə “Qaliblər” komandası layiq görülüb.

Qeyd edək ki, bu cür yarışların təşkili lisey şagirdlərinin təfəkkürünün və cəld düşünmək bacarıqlarının inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir.

SHARE