“Zirvə” liseyində qəbul imtahanlarının birinci mərhələsi keçirilib

“Zirvə”liseyində Azərbaycan və rus bölmələri üzrə I-X sinif şagirdlərinin qəbul imtahanlarının birinci mərhələsi keçirilib. İlk mərhələdə şagirdlərlə şifahi danışıq olub, bilik səviyyələri və dünyagörüşü yoxlanılıb. Qəbul imtahanlarının birinci mərhələsindən sonra 50 şagirdin liseyə qəbulu nəzərdə tutulub. İmtahanların ikinci mərhələsi isə sentabr ayının əvvəlində baş tutacaq.Bildirək ki, liseyə sənəd qəbulu aprelin 1-dən başlayıb.

“Zirvə” liseyində həmçinin fənlər üzrə boş olan yerlərə müəllim qəbulu da həyata keçirilir.

SHARE