“Zirvə” liseyində Novruz şənliyi keçirilib

AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” liseyi möhtəşəm Novruz şənliyi keçirib. Bayram tədbirində ilk olaraq liseyin direktoru Xəzər Babayev çıxış edərək hər kəsi Novruz Bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb. Liseyin müəllim, şagird kollektivinin və valideylərin də iştirak etidiyi şənlik xoş anlarla yadda qalıb. Əvvəlcə sehrbaz şou nümayiş etdirilib. Daha sonra Novruzun əsas atributlarından olan Kosa və Keçəl səhnəyə gəliblər.Onların öz aralarındakı dialoqları, duzlu-məzəli sözləri şənliyi daha da maraqlı edib.

Tədbir zamanı rəngarəng ifalar, müxtəlif rəqs nömrələri nümayiş olunub, Novruzu tərənnüm edən şerlər səslənib.

Şənlik bayram əhval-ruhiyyəli ifalarla başa çatıb.

SHARE