“Zirvə” Liseyində Novruz şənliyi keçirildi

Martın 18-də “Zirvə” Liseyində ənənəvi olaraq Novruz şənliyi keçirilib. Məktəbin şagird və müəllim kollektivinin böyük rəngarənglik, maraqlı səhnələr, bayram əhval-ruhiyyəsi ilə təşkil etdiyi bu tədbir xoş anlarla yadda qalıb.

Uşaqların ifasında Kosa və keçəl, Bahar qızının çıxışları, müxtəlif rəqslər, şeirlər bayrama rəng qatdı. Liseyin təşkil etdiyi səməni müsabiqəsinin qalibləri də mükafatlandırıldı.

Bu maraqlı şənliyin videoyazısını sizə təqdim edirik.

SHARE