“Zirvə” liseyində Novruz şənliyi keçirildi

AAAF Parkda fəaliyyət göstərən “Zirvə” liseyində Novruz şənliyi qeyd olunub. Baş tutan bayram tədbiri lisey şagirdlərinin və valideynlərin sevincinə səbəb olub. Şənlik zamanı biri-birindən fərqli və rəngarəng ifalar, rəqs nömrələri nümayiş olundu, Novruzu tərənnüm edən şerlər səsləndi.

Daha sonra Novruzun əsas atributlarından olan Kosa və Keçəl, həmçinin Bahar qızı səhnəyə gəldilər. Onların öz aralarındakı dialoqları, duzlu-məzəli sözləri şənliyi daha da maraqlı edib.

SHARE