“Zirvə” liseyində növbəti açıq dərslər keçirilib

AAAF Parkda yerləşən “Zirvə” liseyində növbəti açıq dərslər keçirilib. Şagird və müəllim hazırlığını ölçmək, qarşılıqlı məsuliyyəti artırmaq məqsədi daşıyan bu dərslərdə liseyin müəllim və rəhbər heyəti ilə yanaşı, valideynlər də iştirak edib. Coğrafiya və riyaziyyat fənləri üzrə baş tutan açıq dərslər zamanı şagirdlər fəal iştirak edərək, testlər həll edib, fərdi qaydada sualları cavabladırıblar. Xatırladaq ki, “Zirvə” liseyində mütəmadi olaraq açıq dərslər keçirilir.

SHARE