“Zirvə” Liseyində növbəti açıq dərslər keçildi

“Zirvə” Liseyi ilə bağlı layihəmiz davam edir. Bu dəfə 1-ci sinif şagirdlərinin “İnformatika”, 7-ci sinif şagirdlərinin isə “Fizika” fənni üzrə növbəti açıq dərsi keçilib. Təcrübəli müəlimələrimiz maraqlı məqamlara toxunub, əyani vəsaitlərdən yararlanaraq dərin bilikləri paylaşmağa çalışıblar. “Birincilər” üçün mövzu olaraq “İnformasiya”, “yeddincilər” üçün isə “Atmosfer təzyiqi” seçilib. Maraqlı keçən hər iki dərsin videoyazısını sizə təqdim edirik.

SHARE