“Zirvə” liseyində möhtəşəm Novruz şənliyi

AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” liseyi möhtəşəm Novruz şənliyi keçirib. Bayram tədbiri Azərbaycan Respublikası Dövlət himinin səslənməsi ilə başladı. Tədbir zamanı liseyin direktoru Əmirastan Nəbiyev çıxış edərək hər kəsi Novruz Bayramı münasibətilə təbrik edib ən xoş arzularını çatdırdı. Daha sonra liseyin fərqlənən şagirdlərinə diplomlar təqdim olundu.  Liseyin müəllim, şagird kollektivinin və valideylərin də iştirak etidiyi şənlik xoş anlarla yadda qaldı. Rəngarəng ifalar, müxtəlif rəqs nömrələri nümayiş olundu, Novruzu tərənnüm edən şerlər səsləndi.

Daha sonra Novruzun əsas atributlarından olan Kosa və Keçəl, həmçinin Bahar qızı səhnəyə gəldilər. Onların öz aralarındakı dialoqları, duzlu-məzəli sözləri şənliyi daha da maraqlı etdi.

 

SHARE