“Zirvə” liseyində Mixail Yuryeviç Lermontovun yaradıcılıq gecəsi keçirilib

AAAF Park Yaşayış Kompleksində fəaliyyət göstərən “Zirvə” liseyində görkəmli rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontovun yaradıcılıq gecəsi keçirilib. Tədbirdə ilk öncə liseyin direktoru Xəzər Babayev çıxış edib, o belə bir gecənin təşkilini yüksək qiymətləndirib. Daha sonra Lermontovun həyat və fəaliyyəti barədə liseyin rus dili və ədəbiyyat müəllimi İradə Məmmədova geniş məlumat verib. Bildirilib ki, Mixail Yuryeviç Lermontov onlarla poema, pyes və romanların müəllifi olub, 5 dildə – rus, azərbaycan, gürcü, alman və fransız dillərini bilib. Tanınmış rus şairi Azərbaycan dramaturgiyasının banisi, yazıçı və şair Mirzə Fətəli Axundovla dostluq münasibətləri olub.

Yaradıcılıq gecəsində liseyin rus bölməsinin şagirdlərinin təqdimatında şerlər səslənib, müxtəlif səhnələr nümayiş etdirilib. Tədbir zamanı Lermontovun şerləri rus dili ilə yanaşı, Azərbaycan və ingilis dillərində də səsləndirilib.

SHARE